İT üzrə auditor
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank şirkəti İT üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir.

Nami̇zədə Dai̇r Tələblər:

  • İnformasiya Texnologiyaları və ya digər müvafiq istiqamət üzrə ali magistr təhsili;
  • İT auditor və ya İT risklərin idarə edilməsi üzrə ən azı 1-3 il iş təcrübəsi;
  • İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları auditi və/və ya onların Risk idarəetməsi üzrə təcrübə PCI-DSS, ISO27001, COBIT, NIST standartları haqqında bilik;
  • Windows, *nix, şəbəkə və verilənlər bazaları haqqında texniki anlayış
  • Güclü kommunikativ bacarıqlar;
  • Problem həll etmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Sənədləşdirmə bacarığı;
  • Texniki səviyyədə hesabat və sair sənədləri oxuyub, anlama bacarığı;
  • Analitik düşüncə tərzi.

QEYD: SQL, Oracle, İnfrastruktur (Aparat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.), yedəkləmə və virtuallaşma üzrə praktiki və dərin biliklərə sahib olan və ya Unix və Linux PT-ı üzrə nəzəri biliklərə sahib olan namizədlərə üstünlük veriləcəkdir.

İşi̇n Təsvi̇ri̇:

  • İT üzrə risk-əsaslı audit planının hazırlanması və ya hazırlanması üçün təkliflərin verilməsi;
  • Audit hesabatlarının hazırlanması;
  • İT sahəsi üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi;
  • İT Risk yönümlü audit proqramlarının tərtib edilməsi;
  • Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə (normativ akt), prosedur və qaydalara uyğunluğunun təmin olunması;
  • Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin qəbul edilmiş beynəlxalq İT standartlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:  cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34

Oxşar vakansiya siyahısı:

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

15.05.2025 - Bakı

Rəqəmsal Transformasiya Mərkəzində Aparıcı mühəndis-proqramçı (PL/SQL Developer)

ATB Bank Rəqəmsal Transformasiya Mərkəzində Aparıcı mühəndis-proqramçı (PL/SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

12.05.2025 - Bakı

Java backend developer (Middle)

Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

08.05.2025 - Bakı

Proqramçı

Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT MMC

08.05.2025 - Bakı