İT üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Daşkəsən Dəmir Filiz MMC şirkəti İT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin aparatında və struktur bölmələrində şəbəkə cihazlarının, kompüterlərin və digər elektron avadanlıqların quraşdırılmasını və yeni texnologiyaların tətbiqinin  təşkilini həyata keçirir.
  • Proqram təminatlarının, kompüter və şəbəkə texnikasının sifarişi zamanı uyğun avadanlıqların seçilməsi, onların yenilənməsi, dəyişdirilməsini həyata keçirir və normal fəaliyyət göstərməsini təmin edir.
  • Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət edir.
  • Cəmiyyətin keyfiyyətli və fasiləsiz internet bağlantısını və elektron poçtunun işinə nəzarət edir.
  • Şəbəkənin, sistemlərin, avadanlıqların yeniləşdirilməsi konsepsiyasının planlaşdırılmasını təmin edir.
  • Cəmiyyətin elektron sistemlərinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
  • Cəmiyyətin fəaliyyətinə uyğun olmayan internet səhifələrindən istifadələri, kompüter və digər avadanlıqlar vasitəsilə ofisdaxili şəbəkələrə qoşulmaları araşdırır və şöbə müdirinə hesabat verir.
  • Şöbə rəhbərliyi tərəfindən şöbənin fəaliyyətinə və iş bölgüsünə əsasən verilən digər göstəriş və tapşırıqların icrasını təmin edir.

Namizədə tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
  • İT sahəsi üzrə 2 il iş təcrübəsi;
  • Texniki səviyyədə ingilis dili və rus dili biliyi;
  • Microsoft Ofis proqramlarını; Windows əməliyyat sistemlərini; Domain şəbəkəsinin qurulması və istifadəçilərin idarə olunmasını; Virtual sistemlər üzərində maşınların idarə olunmasını (ESXİ); Şəbəkə infrastruktur modelinin anlayışı və L2/L3 səviyyəli avadanlıqlarının sazlanmasını; Wifi texnologiyalarının tətbiqi, AP quraşdırılması və sazlanmasını; İP telefonların sistəmə uyğun sazlanmasını; Şəbəkə Antivirus proqramlarının yazılması və idarə olunmasını bilməli.

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İT mütəxəssis”qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı