İT üzrə Biznes Analitik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Prosys MMC olaraq  İT üzrə Biznes Analitik kimi komandamıza qoşulacaq peşəkar axtarırıq! Əgər siz analitik düşüncəyə, proseslərin optimallaşdırılması üzrə biliklərə və rəqəmsal həllərlə biznesin inkişafına töhfə vermək istəyinə maliksinizsə, bu fürsəti qaçırmayın!

İş şəraiti:

  • İş yeri: Bakı, Azərbaycan
  • İş növü: Tam ştat (full-time)

Sizdən nələri gözləyirik?

  • Analitik təfəkkürlü və detallara diqqətli olmaq;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılmasını bacarmaq;
  • Texniki tapşırıqların hazırlanması üzrə təcrübə;
  • Komandada işləmə bacarığı və problemlərin həllində yaradıcı yanaşma;
  • SQL, PL/SQL üzrə bilikləri;
  • Jira, Balsamiq Wireframes, MS Visio kimi alətlərlə işləmək bacarığı;
  • Agile və SCRUM metodologiyaları ilə tanışlıq.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı,
  • Rus və İngilis dilləri bilikləri üstünlükdür

Görəcəyiniz işlər:

  • Müştəri tələblərinin toplanması və detallı analizi;
  • Biznes proseslərin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
  • SCRUM komandasına dəqiq və anlaşıqlı tələblərin ötürülməsi;
  • Mövcud proqram təminatlarının ekspertizasının aparılması və inkişaf təkliflərinin hazırlanması;
  • Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması;
  • Proqramçıların gördükləri işləri yoxlayıb təhvil almaq;
  • Proqram təminatını sınaqdan keçirmək;
  • Yeni funksionallığın test edilməsi və keyfiyyətə nəzarət;
  • Məhsulun müştərilərə təqdimatı və tətbiq dəstəyi.

Biz sizə nə təklif edirik?

  • Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı təklif olunur.
  • Həftənin 5 günü iş rejimi (09:00 – 18:00, istirahət günləri: şənbə, bazar)
  • Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı
  • Dostyana və dinamik iş mühiti

Müraciət etmək üçün:

Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu yerində “İT üzrə Biznes Analitik” yazaraq CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.

Biznes proseslərin rəqəmsallaşdırılmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!

Oxşar vakansiya siyahısı:

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Middle Android developer

AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...

AzInTelecom

16.07.2025 - Bakı