IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin informasiya təhlükəsizliyi üzrə siyasətlərinin tətbiqi üzrə informasiya sistemlərinin müdafiəsi üsullarının araşdırılması və təhlükəsizlik tədbirlərinin tətbiqi;
  • Şirkətin IT təhlükəsizlik sistemlərinin (Firewall, End Point Protection, DLP, SIEM, WAF, Access Control, və s.) qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
  • Şirkətin İnformasiya Sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin hazırlanması və tətbiqinə nəzarət edilməsi;
  • İnformasiya sistemlərinin əlçatanlığı, tamlığı və konfidensiallığını təmin etmək məqsədilə monitorinq sistemlərinin qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
  • İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində ələblərin irəli sürülməsi;
  • IT aktivlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə texniki təhlükəsizlik tələblərinin irəli sürülməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və icrasında həll yollarının tərtib olunması;

Texniki tələblər:

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
  • Sistem, Şəbəkə və IT Təhlükəsizlik sistemlərinin inzibatçılığı üzrə 3 ildən çox iş təcrübəsi
  • Firewall təhlükəsizlik sistemləri (PaloAlto, Fortinet, Cisco üstünlük veriləndir) və VPN texnologiyası üzrə texniki biliklər və iş təcrübəsi
  • Zəifliklərin idarə edilməsi (Vulnerability Assessment) sistemləri (Nessus, Netwrix və s.) üzrə texniki biliklər və iş təcrübəsi
  • End Point Protection Sistemlərinin (Kaspersky, Symantec, və s.) idarə edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
  • LİNUX, Windows, Vmware, MS Hyper-v, MS Exchange, Office 365, Bulud texnologiyaları (Azure, AWS və s.), şəbəkə texnologiyaları və avadanlıqları (switch, router), Backup sistemləri, və s. üzrə və onların təhlükəsizliyinin təmin edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
  • İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)

Bacarıqlar:

  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
  • Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
  • Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
  • Analitik təhlil bacarığı
  • Komanda şəklində işləmə bacarığı
  • Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı