IT təhlükəsizlik inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

eManat IT təhlükəsizlik inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin informasiya təhlükəsizliyi üzrə siyasətlərinin tətbiqi üzrə informasiya sistemlərinin müdafiəsi üsullarının araşdırılması və təhlükəsizlik tədbirlərinin tətbiqi;
  • Şirkətin IT təhlükəsizlik sistemlərinin (Firewall, End Point Protection, DLP, SIEM, WAF, Access Control, və s.) qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
  • Şirkətin İnformasiya Sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin hazırlanması və tətbiqinə nəzarət edilməsi;
  • İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində tələblərin irəli sürülməsi;
  • IT aktivlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə texniki təhlükəsizlik tələblərinin irəli sürülməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və icrasında həll yollarının tərtib olunması;

Texniki tələblər:

  • Sistem, Şəbəkə və IT Təhlükəsizlik sistemlərinin inzibatçılığı üzrə 1 ildən çox iş təcrübəsi
  • Firewall təhlükəsizlik sistemləri (PaloAlto, Fortinet, Cisco üstünlük veriləndir) və VPN texnologiyası üzrə texniki biliklər və iş təcrübəsi
  • Zəifliklərin idarə edilməsi (Vulnerability Assessment) sistemləri (Nessus, Netwrix və s.) üzrə texniki biliklər və iş təcrübəsi
  • End Point Protection Sistemlərinin (Kaspersky, Symantec, və s.) idarə edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
  • LİNUX, Windows, Vmware, MS Hyper-v, MS Exchange, Office 365, Bulud texnologiyaları (Azure, AWS və s.), şəbəkə texnologiyaları və avadanlıqları (switch, router), Backup sistemləri, və s. üzrə və onların təhlükəsizliyinin təmin edilməsi üzrə texniki biliklər və iş təcrübəsi

Bacarıqlar:

  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
  • Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
  • Proqram təminatı  və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması  və prioritetlərin təyin edilməsi üzrə bacarıq
  • Analitik təhlil bacarığı
  • Komanda şəklində işləmə bacarığı
  • Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin verilməsi;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT təhlükəsizlik inzibatçısı” yazılmalıdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı