Qısa məzmun
Mətanət A İT Şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Şöbə daxilində səmərəli iş bölgüsünün təmin edilməsi;
- Daxili İT sistemlərinə və sistem istifadəçilərinə davamlı dəstəyin təmin edilməsini təmin edən idarəetmə sisteminin formalaşdırması;
- İT-yə aid strateji plan və layihələrin həyata keçirilməsi;
- Cari və gələcək sistem ehtiyaclarının müəyyən edilməsi və müəyyən edilmiş ehtiyacların həllinin təmin edilməsi;
- Proqramlarla bağlı problemlərin aradan qaldırılması;
- İT sistemlərə qulluq edilməsi (CRM, şəbəkə etibarlılığı, proqram təminatının inteqrasiya və s.);
- İstifadəçilərin proqram təminatının tamlığının və sazlanmasının təmin edilməsi;
- Gündəlik istifadəçilərdə yaranan İT problemlərin səmərəli və tam həll edilməsi;
- Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması.
Əmək haqqı
- Razılaşma yolu ilə.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Tələblər:
- Təhsil: Ali təhsil (İT, texniki sahə üzrə)
- Yaş həddi: 30-45\
- Dil bilikləri: Səlis Azərbaycan dili, Rus və İngilis dilini bilənlərə üstünlük verilir
- Analoji sahə üzrə 5 il iş təcrübəsi
- Kompüter biliyi: Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər.
Şəxsi keyfiyyətləri:
- İşə planlı və vicdanla yanaşması;
- Detallara diqqət yetirməli;
- İşə planlı yanaşmalı;
- Ünsiyyət yaratmaq bacarığı;
- Liderlik qabiliyyəti;
- Fəal olması;
- Dəqiqlik, dürüstlük, məxfilik.
Qeyd
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İT şöbəsinin müdiri ” yazaraq hr@matanata.comünvanına göndərmələri xahiş olunur;
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
- Əlaqə nömrəsi: 050-208-66-95
Oxşar vakansiya siyahısı:
Helpdesk
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
1200₼
Şəbəkə inzibatçısıAznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...