İT Sistem üzrə Böyük Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect İT Sistem üzrə Böyük Administrator vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

  • iş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
  • Son müraciət tarixi : 30 Avqust 2021
  • Müqavilə müddəti : Daimi
  • Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
  • Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
  • İT Sistem üzrə Böyük Administrator Linux sistemlərini (RHEL, CentOS, OEL) idarə olunmasına cavabdehlik daşıyır. Tələb olunan biliklər: HAProxy, Nginx, Apache, SFTP, LVM, DNS, Zabbix, Squid, Mysql/MariaDB.

İT Sistem üzrə Böyük Administrator olaraq sizin vəzifə öhdəlikləriniz

  • İT sistemlərini (UNIX,Solaris,Linux) idarə etmək;
  • İT əməliyyatlar strategiyasını dəstəkləmək;
  • Windows və UNİX əsaslı sistemlərin problemlərini aşkar edərək aradan qaldırmaq və bu sistemləri bərpa etmək;
  • Vendor və provayderlərlə əməkdaşlıq etmək və müqavilələri idarə etmək;
  • İT əməliyyatları üzrə məhsulları,xidmətləri,prosesləri optimallaşdırmaq;
  • İT sistemləri üzrə əməliyyatların fəaliyyət statusunu operativ olaraq dəstəkləmək və gücləndirmək;
  • İT təhlükəsizlik siyasət və təlimatlarına əməl etmək.

Vəzifənin tələbləri:

  • Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
  • Microsoft (MCP,MCSA), Red Hat (RHCSA,RHCE) üzrə sertifikatlar üstünlük hesab olunur;
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq;
  • MS Active Directory,MS Exchange 2003/2010/2013, Windows 2003/2008/2012/2016 üzrə biliklər;-
  • Dəyişikliklərin və buraxılışların idarə edilməsi və ITIL çərçivələri üzrə böyük təcrübəyə malik olmaq;
  • Linux (RHEL, Oracle Linux, Suse), Solaris, BSD üzrə biliklər;
  • Verilənlərin saxlanması şəbəkələri ( Storage Area networks) və protokolları (FCP,FCIP,FCoE), çox yollu texnologiylar (MPİO), disklər,həcmlər,fayl sistemlərinin
  • irləşdirilmə nöqtələri üzrə mükəmməl bilik;
  • Qoruyucu divarlar, ruterlər, şəbəkə açarları, DNS, DHCP, VPN, FTP, internet protokolları barədə biliyə malik olmaq;
  • İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliyə sahib olmaq;
  • İT Sistem üzrə Böyük AdministratorAzərbaycan (Səlis), İngilis və Rus (orta) dillərini bilmək.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı