İT sistem administratoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Agro Food Investments LLC İT sistem administratoru vəzifəsi üzrə vakansiya elan edir.

İş təsviri:

  • server avadanlıqlarını fasiləsiz işini və iş prosesində ortaya çıxan nasazlıqların dərhal aradan qaldırılmasını təmin etmək;
  • serverlərin işçi fəaliyyətinin yaxşılaşdırılması üçün profilaktik tədbirlər görmək, onların sınağını keçirmək, xarici qurğuların işə salınmasını, dəyişdirilməsini və xırda təmirini həyata keçirmək;
  • server avadanlıqlarının və kompüterlərin diaqnostikasını aparmaq və kompüter texnologiyaları sahəsində yenilikləri izləyərək tətbiq etmək;
  • standartlara riayət olunaraq seçilmiş qovluqların, faylların xüsusi vaxtlarda ehtiyat nüsxəsinin qorunduğundan əmin olmalı, şirkətin serverləri üçün ehtiyat nümunələrini yaratmalı, istifadəçinin xahişi ilə və ya təsadüfi hadisələrdən sonra məlumatları bərpa etməlidir;
  • şirkətdə məsul olduğu əməliyyat sistemlərinin (unix və wındows tipli), məlumat bazalarının idarəetmə sistemlərinin, anti-virus proqram təminatlarının, elektron poçt və digər funksional informasiya sistemlərinin istehsalçıları tərəfindən tövsiyə və təqdim olunan “patch” və “update”-lər daxil olmaqla yeni versiyalarının tətbiqində iştirak edir;
  • şirkətin informasiya sistemlərinin, məlumat bazalarının və server avadanlıqlarının daim işlək vəziyyətdə saxlanılmasını təmin edir, onlara müvafiq texniki və dəstək xidmətlərinin göstərilməsini həyata keçirir;

Namizəd üçün tələblər:

  • İT və ya texniki elmlər sahəsində təhsilinin olması;
  • İT sahəsində tələblərə uyğun gələn vəzifədə ən azı 3-5 il iş təcrübəsi;
  • microsoft mcse və ya mcsa sertifikatının olması;
  • active directory, exchange server, veeam, system center məhsul ailəsi haqqında dərin biliklər;
  • fsmo rolları və dns, dhcp, failover cluster, nlb haqqında dərin biliklər;
  • virtuallaşdırma texnologiyaları, vmware vsphere və hyper-v ilə dəyərli təcrübə;
  • wsus, wds, pxe problemlərinin həll edilməsi;
  • sertifikat təşkilati server root ca, ıssue ca mexanizmi üzrə yaxşı bacarıqlara sahib olmalıdır;
  • Azərbaycan dilinin sərbəst bilikləri, ingilis və rus dillərinin elementar səviyyədə bilikləri;

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Sistem admin” yazmaqla, hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.

Müraciət üçün sonra tarix 26 fevral 2021-ci ildir.

Oxşar vakansiya siyahısı:

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı