Qısa məzmun
Technovera IT sahəsi üzrə Satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
- Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
- Məhsula dair prezentasiya və təqdimatların edilməsi
- Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış üzrə mühəndislərlə sıx işləmək
- Bulud həllərinə başlamaq və genişləndirməkdə satış üzrə mühəndislərlə sıx işləmək
- Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
- Müqavilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
- Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
- Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.
- Korporativ müştərilərin texniki, maliyyə və təşkilatı tələblərini və ya çətinliklərini analiz etmək
- Şirkət daxilində və xaricində müştəriləri cəlb etmək
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (IT texniki təhsili olan namizədə üstünlük verilir)
- B2B sahəsində iş təcrübəsi olmalıdır (Vacibdir)
- Korporativ müştərilərə IT sahədə satış və ya xidmət sifarişlərinin və həllərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi
- Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
- CRM Microsoft (Customer Relationship Management)
- Brend və məhsul barədə məlumatlı olmalı
- Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı
- Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
- IT və IT yönümlü xidmət və həllər barədə dərin məlumatlı olmaq
- Bulud məhsullarının bütün növləri barədə dərin bilik və təsəvvürə malik olmaq
- Bulud texnologiyaları sahəsində müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq
- Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
- Ezamiyyənin nəzərdə tutulması
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə 09:00-13:00
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: müsahibə zamanı açıqlanır
- Ünvan: Bakı şəh, World Business Center
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satış mütəxəssisi” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...