IT sahəsində təchizat üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Technovera IT sahasində təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Şirkət və onun layihələri adından IT materialların/xidmətlərin alınmasına, xərclərin optimallaşdırılmasına, tələb olunan vaxt məhdudiyyətlərinə və keyfiyyət standartlarına riayət edilməsinə nəzarət etmək;
  • Layihə satıcılarının siyahısının müəyyən edilməsində əməkdaşlıq etmək;
  • IT üzrə bazar və məhsul araşdırması və xərclərin təhlili aparmaq;
  • Müraciət edən şöbə ilə xüsusi satınalma ehtiyaclarını və spesifikasiyalarını həll edilməsi
  • IT üzrə tenderlərin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender mərhələsində zəruri məxfiliyə zəmanət vermək;
  • Komanda üzvlərinə gündəlik işlərində köməklik etmək və onları idarə etmək;
  • İş səviyyəsinə uyğun olaraq komanda üzvlərinə işi təyin etmək;
  • Dövri və xüsusi hesabatlar hazırlamaq və satıcılar və yeni məhsullar haqqında cari məlumatları, həmçinin müvafiq qeydləri və formaları saxlamaq;
  • Texniki şərtlər təklifləri, göndərmə buraxılışları, satınalma sorğuları və digər sənədlər kimi satınalma sənədlərinin işlənməsi ilə məşğul olan ofis işçilərinə nəzarət etmək;
  • Satıcıların şərtlərini təhlil etmək;
  • Fəaliyyətlərin gedişatı haqqında dövri hesabatlar və ya sorğu keçirtmək
  • Layihənin satınalınması üçün tender və mükafat öncəsi görüşlər üçün gündəliyin işlənib hazırlanmasını idarə etmək;
  • Əməliyyat və texniki xidmət qrupunun üzvləri ilə fəaliyyətləri əlaqələndirməyə kömək etmək;
  • IT Tender təkliflərindən kommersiya qiymətləndirmələrinin cədvəlini tərtib etmək və kömək etmək;
  • Satınalma sifarişlərini hazırlamaq, subpodratlarla məşğul olmaq və sub-məsləhətçi müqavilələrində kömək etmək;
  • Onlayn tender qeydlərinin icrasına kömək etmək;
  • Rəhbər tərəfindən verilən digər müvafiq vəzifələri yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (IT texniki təhsili olan namizədə üstünlük verilir)
  • B2B sahəsində iş təcrübəsi olmalıdır (Vacibdir)
  • IT sahədə təchizat üzrə 3-5 il iş təcrübəsi
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • CRM Microsoft (Customer Relationship Management)
  • Brend və məhsul barədə məlumatlı olmalı
  • Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı
  • Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
  • IT və IT yönümlü xidmət və həllər barədə dərin məlumatlı olmaq
  • Bulud məhsullarının bütün növləri barədə dərin bilik və təsəvvürə malik olmaq
  • Bulud texnologiyaları sahəsində  müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq
  • Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
  • Ezamiyyənin nəzərdə tutulması
  • ·Yüksək səviyyədə İngilis və Rus dili biliyi

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə 09:00-13:00
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: müsahibə zamanı açıqlanır
  • Ünvan: Bakı şəh, World Business Center

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat mütəxəssisi” yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

01.04.2024 - Bakı