İT Proqramçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC IT Developer vəzifəsi üzrə vakansiya elan edir.

İT Proqramçı
Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 13 Iyul 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

İT Proqramçı biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaqda məsuliyyət daşıyır. Java, J2EE və Spring Framework üzrə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

İT Proqramçı olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Proqram təminatının yaradılması üzrə tam prosesi həyata keçirmək;
  • İnformasiya ehtiyaclarını öyrənməklə biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaq və istifadəçilərlə müzakirələr aparmaq;
  • Sistemlərin işləməsi, məlumatların istifadəsi, iş prosesləri və problemli sahələri araşdırmaq;
  • Proqram təminatı komponentlərini tam işlək proqram təminatı sisteminə, bütün müvafiq ekosistemlərə və digər şəbəkə elementlərinə daxil etmək;
  • Düzgün proqram təminatı sənədləri, blok-sxemlər, sxemlər, diaqramlar, cədvəllər, interfeys təsvirləri, kodlarla bağlı şərhlər və düzgün kodları təmin etməklə proqram təminatının funksionallığını sənədləşdirmək və müvafiq səviyyədə saxlamaq.

Vəzifənin tələbləri:

  • Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
  • Java, J2EE və Spring Framework üzrə mükəmməl bilik;
  • Microservice Arxitekturası üzrə təcrübə;
  • Linux əməliyyat sistemi üzrə bilik;
  • Məlumat bazası arxitekturası üzrə müfaviq bilik;
  • SQL dili üzrə müvafiq bilik;
  • Apache Kafka üzrə təcrübə;
  • Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mobile Developer

Link: https://qlor.me/lwetylrrz0 Təsvir Responsibilities: Providing technical support for ready-made modules Formulate software specifications and basic prototypes Devel ...

Ateshgah Insurance Company

20.05.2024 - Bakı

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı