Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of Baku İT operator vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Mütəmadi olaraq İT infrastruktur və digər bank tətbiqlərinə dair ehtiyat nüsxələrin çıxarılması üçün müəyyən olunmuş proseslərin yerinə yetirilməsi
- Mövcud alətlərlə müşaiət olunan sistəmlərin monitorinqi
- Texniki işlərin təlimatlara uyğun yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Texniki dəstək mütəxəssisi kimi iş təcrübəsi (minimum 2 il)
- Bank İT əməliyyatları sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
- Windows, Unix, Linux OS Əməliyyat Sistemi bilikləri
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
- Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması
- Gecə növbəsi və qeyri-iş günlərində işləməyə hazır olmaq (İş saatları Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tənzimlənəcək.)
- İş qrafiki: Gecə növbəsi
- İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT operator qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...