Qısa məzmun
Ə/h 500-700 AZN. AVICOM İT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Daha gənc namizədlərə üstünlük veriləcəkdir.
İş barədə məlumat:
- Proqramlaşdırma sahəsi üzrə
- Ümumi alqoritm qurma bacarığı
- “OOP” konseptini mənimsəmək
- Ümumi kompütür bilikləri
- İlkin SQL və məlumat strukturları üzrə biliklər
Məlumat bazaları inzibatçılığı üzrə:
- Verilənlər bazalarının qurulması
- İstifadəçilərin üzləşdikləri çətinliklərin çevik həll olunması
- Müxtəlif proyektlərin həcminin müəyyənləşdirilərək müvafiq verilənlər bazalarının təşkili
- Ehtiyat nüsxələrin alınması, mütəmadi olaraq bu nüsxələrdən bərpanın mümkünlüyünün yoxlanılması
- Mütəmadi profilaktik tədbirlərin görülməsi
Sistem inzibatçılığı üzrə:
- Windows və Linux əməliyyat sistemlərinin idarə edilməsi
- Virtuallaşdırma
- Yaddaş qurğuları ilə işləmək bacarığı
- Server və yaddaş qurğularında qarşıya çıxan problemlərin həlli
Təhlükəsizlik üzrə mütəxəssis:
- İnformasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə həllərin qoyuluşu
- Müvafiq qaydaların yaradılması və tətbiqinin təmini
- İnformasiya sistemlərinin şəbəkə, aralıq serverlər, məlumat bazaları və s. digər səviyyələrdə təhlükəsizliyin daimi nəzarətdə saxlanılması
- İş qrafiki: həftənin 6 günü saat 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Yaşı 25-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (oğlanlar üçün)
- Dövlət ali təhsil müəssisələrinin məzunları (Kompüter elmləri
- Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi,
- Tətbiqi riyaziyyat, Fizika, Elektronika
- Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə)
Ümumi tələblər:
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olan
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
- Kollektivlə işləmək bacarığı, diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olan
- Texniki səviyyədə ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Daha gənc namizədlərə üstünlük veriləcəkdir
CV göndərərkən məzmun (“Subject”) hissəsində aşağıdakı başlıqlardan birinin qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
Business Analyst
ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...
İngilis dili (Data Science üçün )
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...