Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Garabag Resort & SPA İT mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. 1C sistemi üzrə biliklər arzu olunandır.
Vəzifə öhdəlikləri:
- İT üzrə gündəlik iş üzrə bütün işləri aparmaq.
- Zədələnmiş (nasaz) kompüter sistemləri və avadanlıqların vaxtında təmirini həyata keçirtmək.
- Sistemdəki bütün məlumat və proqramların bərpa olunması qaydalarının təşkil edib idarə etmək.
- Sistem nasaz vəziyyətə düşdükdə məlumat və qəza qaydalarını yerinə yetirmək.
- İstifadəçinin bütün ərizə, müraciət, proqram və şəbəkə sistemindən istifadə etmə hüquq və parollarının vaxtında təhlükəsiz yoxlanması qaydalarını gücləndirmək.
- Digər şöbələrin təlimçilərinə otel sistemlərindən səmərəli istifadə mövzusunda lazımi təlim materialların hazırlanmasında kömək etmək.
- Otelin ofis avtomatlaşdırma sistemlərini işə salmaq və onların işinə nəzarət etmək.
- Sistemlərə, yerli ərazi şəbəkəsinə və geniş system idarəsinə yardım göstərmək.
- Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək.
- Sistemdəki problemləri istənilən vaxtda həll etmək.
- Qonaq tərəfindən hər hansı bir sorğu və ya təklifdən xəbərdar olmaq .
- Nəzarət etmək üçün tam praktik işə və bacarığa malik olmaq, işçi proseslərinə müvafiq olaraq təyin edilmiş işin bütün vəzifələrini yerinə yetirmək.
- Çox tapşırıqlı və periodik iş yoxlamalarını həyata keçirmək və əməkdaşlara öhdəlikləri təyin etmək.
- Mütamadi texniki avadanlıqların inventarizasiyanın aparılması.
- Müşahidə sistemində yaranan texniki problemləri həll etmək.
- Qapı kart sistemind yaranan texniki problemləri həll etmək
- Telefoniya sistemində yaranan texniki problemləri həll etmək
- Daxilolma sistemlərdə yaranan texniki problemləri həll etmək.
- Yeni layihələrdə iştirak etmək.
- İnformasiya Təhlükəsizliyə nəzərət etmək.
- İnformasiya Təhlükəsizliklə bağlı təşkil olunan tədbirlərdə iştirak etmək və dəstək göstərmək.
- Biznesin səviyyəsini öyrənmək üçün həftəlik siyahıları qrafikləşdirmək və komplektləşdirmək.
- Server otağın səliqədə saxlamaq, temperatur və soyutma sisteminə nəzərət etək.
- Server otağında olan bütün avadanlıqların və xəttlərin işarələmək.
- Server otağında daxil olma qaydalarına riayət etmək, jurnalı səliqəli aparmaq.
- Qrup İT Departamenti tərəfindən göndərilən təlimatlara və prosedurlara əməl etmək
- Qrup İT meneceri tərəfindən verilən tapşırıqların icra etmək.
- Qrup İT menecerinə hesabatların hazırlanması.
- Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
- Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil arzu olunandır.
- 1 il İT mütəxəssis vəzifəsində təcrübə (texniki dəstək).
- Microsoft Office programları
- Microsoft Windows 10 inzibatçılığı / Microsoft sertifikasiya arzu olunandır.
- Microsoft Active Directory,DNS, DHCP
- LAN, WAN, VPN, WIFI, CCTV
- 1c sistemi üzrə biliklər arzu olunandır
- Micros, Opera və ya Fidelio POSPMS sistemlər üzrə biliklər arzu olunandır.
Əgər yazılan tələblərə uyğun gəlirsinizsə CV-ni e-mail ünvanına mövzuda vəzifənin adı göstərilməklə “İT mütəxəssis” 22 Fevral 2020-ci il tarixinədək göndərə bilərsiniz.