İT Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

VMF İT Mütəxəsisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat :

  • İT xidmətinin fəaliyyətinə nəzarət edir, departamentlər arasında xidmətləri əlaqələndirir və informasiya sistemləri ilə əlaqədar planlar, layihələr, fəaliyyət və s. məsələlər barəsində yalnız birbaşa rəhbərinə hesabat verir.
  • Kompüter mərkəzinin işi, o cümlədən avadanlıqların quraşdırılması, telekomunikasiya xidmətləri üzrə məsuliyyət daşıyır, kompüterlərin quraşdırılması üzrə gündəlik işləri əlaqələndirir, müəyyən edilmiş plana uyğunluğu təmin etmək üçün sistemin cari işinə nəzarət edir. Emal prosesi dayandıqda texnoloji prosesi yenidən işə salır; işçilərin təlim keçməsini və vəzifələrin icra etməsini təmin edir.
  • Hər növbədə kompüter avadanlığının fəaliyyətini əlaqələndirir; kompüterin işinə nəzarət edir və gündəlik problemləri həll edir; həmçinin işlərin növbələrə bölünməsi üzrə cavabdehlik daşıyır.
  • Düzgün və effektiv on-layn rabitə şəbəkəsini təmin etmək üçün proqram təminatını dəstəkləyən işçilər və əməliyyat heyəti arasında əlaqəçi kimi çıxış edir.
  • Şirkətdə yeni proqram təminatının tətbiqi ilə bilavasitə məşqul olmaq
  • Müəssisənin İT infrastrukturunu işləyib hazırlamaq
  • İnformasiya sisteminin metodoloji əsasını işləyib hazırlamaq. Vaxtaşırı Təşkilatın işçiləri üçün İ.T. avadanlıqlardan və yeni proqramlardan istifadə üçün treyninqlər keçmək.
  • İT-nin istismarı və istifadəsi üçün lazım olan metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasına rəhbərliyi həyata keçirmək.
  • Müəssisədə informasiya axnının üzərində nəzarəti və istiqamətləndirməni həyata keçirmək.
  • İT-nin təqdimatları ilə müqavilə işini təşkil etmək. Proqram təminatı və İT xidmətlər, həmçinin komputer avadanlığının alınması barədə müqavilələri təşkil etmək. Kiçik müqavilələrə nəzarət etmək. İ.T. Departamentin xüsusi smetasını hazırlamaq.
  • İT sistemin məhsuldar işləməsinə nəzarət etmək və bu barədə yalnız müəssisənin rəhbərinə İT şöbənin işi barədə hesabat vermək.
  • İstifadəçilərə texniki köməyi təşkil emək: müəssisənin informasiya şəbəkəsində istifadəçilərin işi zamanı istifadə etdikləri proqramların öyrədilməsi və işlənib hazırlanmasında iştirak etmək Rəhbərin verdiyi tapşırıqları yerinə yetirmək.
  • VMF Şirkəti və filiallarında telekommunikasiya xidmətlərinin təşkili, məktublaşmalar və təmini istiqamətində icraçı olmaq.
  • Kameraların quraşdırılması , kabellərin montajı işi və kameraların təmizlənməsi.
  • Maaş 500-600 azn ( maaş namizədin bilik və bacarıqlarına görə təyin olunacaq ) .
  • İş qrafiki həftəlik 6 gün , saat 09:00 – 18:00 qədər .

Namizədə aid tələblər :

  • Təhsil: Müvafiq sahə üzrə Ali təhsil (  İnformasiya texnologiyaları, Komputer mühəndisliyi )  .
  • İş təcrübəsi : Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
  • Yaş həddi : 25-35 yaşlar arası.
  • Cins : Kişi.
  • Dil bilikləri : Azərbaycan dili – mükəmməl ( danışıq və yazı qabiliyyəti ) .

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi  hr.office@vmf.az   ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz 

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı