İT İP şəbəkəsi üzrə administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect İT İP şəbəkəsi üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 06 Avqust 2021
Müqavilə müddəti : Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
  • Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
  • İT İP Şəbəkəsi üzrə Administrator müxtəlif təchizatçıların şəbəkə və proqram təminatlarının idarə olunmasına və monitorinqinə cavabdehlik daşıyır. TCP, IP, UDP, DNS, DHCP, SMTP, SNMP, HSRP, STP, VTP, CDP, marşrutlaşdırma və kommutasiya və s. üzrə əsas məlumat protokolları bilikləri tələb olunur.

İT İP Şəbəkəsi üzrə Administrator olaraq sizin vəzifə öhdəlikləriniz:

 

  • Nasazlıqları proqnozlaşdırmaq və aradan qaldırmaq;
  • Şəbəkə infrastrukturunun bütövlüyündən məsul olmaq;
  • Planlaşdırılmamış hadisələr və ya nasazlıqlar barədə məlumat vermək;
  • Texniki tələblərin müəyyənləşdirilməsi və müəyyən edilməsi üçün layihə qruplarının və texniki qrupların tərəfdaşı olmaq;
  • Şəbəkə infrastrukturunun layihələndirilməsi və həyata keçirilməsi üçün ətraflı sənədləri və sxemləri hazırlamaq;
  • Üçüncü şəxslərlə işləyərək nasazlıq sorğularını, standart iş prosedurlarını, təhlükəsizlik hadisələrini izləmək və yeniləmək.

Vəzifənin tələbləri:

 

  • Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
  • İTİL Fondu, Cisco üzrə sertifikat;
  • Məlumatların saxlanması üçün avadanlıq texnologiyaları – HP3PAR, EMC2 sahəsində ekspert biliklər;-
  • Windows, Linux, Palo Alto UTM üzrə biliklər;-
  • SAN fabric texnologiyaları, Cisco MDS və ya Cisco Nexus, Vm-Wware/HyperV üzrə ekspert bilikləri olanlara üstünlük verilir;
  • Marşrut-əsaslı mühitlər, WLAN/LAN, Firewall və dəstəkləyici texnologiyalar üzrə əla biliklər;
  • Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı