İT Əlavə Dəyər Xidmətləri üzrə Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İT Əlavə Dəyər Xidmətləri üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

İT Əlavə Dəyər Xidmətləri üzrə Mühəndis
Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 06 İyul 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

İT Əlavə Dəyər Xidmətləri üzrə Mühəndis ƏDX ilə əlaqəli xidmətlərin İnkişaf Planına uyğun və biznes tələblərinə uyğun olaraq hazırlanması və həyata keçirilməsindən məsuliyyət daşıyır. Mobil Şəbəkələr texnologiyası, proqramlaşdırma (Python, JavaScript) Şəbəkə və Linux biliklərinə sahib olan namizədlərə üstünlük veriləcəkdir.

İT Əlavə Dəyər Xidmətləri üzrə Mühəndis olaraq sizin vəzifə öhdəlikləriniz

  • Qüvvədə olan SLA (Xidmət səviyyəsi haqqında müqavilələr) riayət etmək;
  • Aparat/proqram təminatının effektiv və proaktiv işləməsini monitorinq etmək;
  • Platformaların effektivliyini və fasiləsiz işləməsini dəstəkləmək üçün VAS və mesajlaşma platformalarını idarə etmək;
  • Billinq platforması və data bazasının şəbəkə elementlərindəki məlumatlarla uyğunluğunu müəyyənləşdirmək üçün şəbəkə qovşaqlarını monitorinq etmək;
  • Platformanın sabitliyini təmin etmək;
  • Problemlərin araşdırılması üçün lazım olan məlumatların toplanmasına dəstək göstərmək.

Vəzifənin tələbləri:

  • Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
  • İT və yaxud Elektrik/Telekommunikasiya mühəndisliyi sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • VAS platformaları üzrə ən azı 2 illik iş təcrübəsi;
  • NGBSS (billinq) arxitekturası üzrə bilik;
  • Protokollar (TCP/IP,Camel,xml,DDD və s.) üzrə bilik;
  • Linux və SQL üzrə biliklər;
  • Analitik bacarıqlar;
  • Əsas proqramlaşdırma üsulları və təcrübələri;
  • Əsas əməliyyat sistemini idarə etmək bacarığı;
  • Verilənlər bazasının arxitekturası;
  • Azərbaycan (Səlis), İngilis və Rus (orta) dillərini bilmək.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı