İT Dəstək Üzrə Mühəndis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PİTS Technology Solutions MMC İT Dəstək Üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri düzgün analiz edə bilmə bacarığı olmalıdır.

Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • İT dəstək üzrə göndərilən son istifadəçi sorğularını həll etmək;
  • Həll edilmiş sorğuların və həllərin qeydiyyatını aparmaq;
  • Aktiv sorğuları ən son məlumatlara uyğun və detallı şəkildə yeniləmək;
  • İT Dəstək üzrə daxil olan elektron məktubları nəzarətdə saxlamaq;
  • Şirkətin bütün məcburi qayda və proseduralarına riayət etmək;
  • Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;
  • Proqram təminatının yüklənməsi, sazlanması və yarana biləcək problemlərin həlli;
  • LAN/ WAN qurğularının quraşdırılması (Şirkətin Telekommunikasiya komandasının rəhbərliyi ilə);
  • Şirkətin Telekommunikasiya Komandasının idarəçiliyi altında strukturlu LAN kabelləşməni icra etmək;
  • İstifadəçilərə məxsus qurğuların şəbəkə sistemi ilə təmin olunması və əlaqəli problemlərin həlli;
  • Son istifadəçilərə İT üzrə ilkin təlimat vermək;
  • Təcili sorğuların mövcudluğu halında uyğun proseduralara (iş üzrə menecerə, İT dəstək & Müştərilərlə iş üzrə menecerə məruzə etmək) əsaslanmaq;
  • Avadanlıqların yerdəyişməsi/uyğun şəraitdə saxlanılması həyata keçirmək;
  • Yeni texnologiyaları öyrənmək üçün maraq və bacarıqları nümayiş etdirmək;
  • Avadanlıqların çatdırılması üzrə işləri koordinasiya etmək;
  • Şirkət personalının müraciətinə uyğun olaraq, Üçüncü tərəfin əraziyə/server otağına girişini müşayiət etmək;
  • Vaxtaşırı olaraq, iş ərazilərinin və Avadanlıqların saxlandığı anbarın yoxlanışını həyata keçirmək.

Tələb olunan təcrübə:

  • Tələb olunan sahə üzrə ən az 2 il təcrübə

Bilik və Bacarıqlar:

  • Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
  • Windows əməliyyat sistemlərində işləmə bacarığı;
  • Microsoft Office proqramından istifadə təcrübəsi;
  • Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
  •  Ethernet, İP və şəbəkə cihazlarının (kommutator/marşrutizator) iş prinsiplər barədə məlumatlı olmaq;
  • Problemləri düzgün analiz edə bilmə bacarığı;
  • Azərbaycan dilində son istifadəçilərlə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
  • İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;
  • Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Dəstək Üzrə Mühəndis” göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

İT Biznes Analitik

Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...

Honey Bee Development Capital

19.08.2025 - Bakı

Data Analitik

AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

AS Group

13.08.2025 - Bakı

İT üzrə Biznes Analitik

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

Prosys LLC

11.08.2025 - Bakı

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı