İT Böyük Proqramçı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect İT Böyük Proqramçı vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 30 Iyun 2021
Müqavilə müddəti : Daimi

  • Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
  • Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
  • İT Böyük Proqramçı biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaqda məsuliyyət daşıyır. Java, J2EE və Spring Framework üzrə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

İT Böyük Proqramçı olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Proqram təminatının yaradılması üzrə tam prosesi həyata keçirmək;
    İnformasiya ehtiyaclarını öyrənməklə biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaq və istifadəçilərlə müzakirələr aparmaq;
  • Sistemlərin işləməsi, məlumatların istifadəsi, iş prosesləri və problemli sahələri araşdırmaq;
  • Proqram təminatı komponentlərini tam işlək proqram təminatı sisteminə, bütün müvafiq ekosistemlərə və digər şəbəkə elementlərinə daxil etmək;
  • Düzgün proqram təminatı sənədləri, blok-sxemlər, sxemlər, diaqramlar, cədvəllər, interfeys təsvirləri, kodlarla bağlı şərhlər və düzgün kodları təmin etməklə proqram təminatının funksionallığını sənədləşdirmək və müvafiq səviyyədə saxlamaq.

Vəzifənin tələbləri:

  • Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
  • Java, J2EE və Spring Framework üzrə mükəmməl bilik;
  • Microservice Arxitekturası üzrə təcrübə;
  • Linux əməliyyat sistemi üzrə bilik;
  • Məlumat bazası arxitekturası üzrə müfaviq bilik;
  • SQL dili üzrə müvafiq bilik;
  • Apache Kafka üzrə təcrübə;
  • Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid alın.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İT Biznes Analitik

Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...

Honey Bee Development Capital

19.08.2025 - Bakı

Data Analitik

AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

AS Group

13.08.2025 - Bakı

İT üzrə Biznes Analitik

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

Prosys LLC

11.08.2025 - Bakı

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı