IT Biznes Analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Modenis LLC IT Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. Komanda şəklində işləmə bacarığı olmalıdır.

Təhsil və dil bilikləri:

  • Ali təhsil
  • Dil bilikləri :
  • İngilis dili –  Intermediate
  • Rus dili – B1

Namizəddən gözlənilən bacarıqlar:

  • Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması və təhlili, analiz və texniki sənədlərin hazırlanması
  • Sənədlətin hazırlanma müddətinə görə məsuliyyət daşımaq
  • Ödəniş sistemlərində inteqrasiyaların icrasını təmin etmək və iştirak etmək
  • Dəyişiklik təkliflərini qiymətləndirmək və təşkilatın hədəflərinə çatmasına kömək etmək üçün həll yollarını müəyyənləşdirmək
  • Ehtiyacları tapmaq, həll yolunu təşkil etmək, aydınlaşdırmaq və dəyişiklik üçün spesifikasiyaları nəzərdən keçirmək
  • Proqramlaşdırma, sistem analitik və Biznesin İnkişafı qrupu ilə işləyərək müştəri tələbləri başa düşmələrini təmin etmək
  • Potensial müştərilərlə görüşlərin keçirilməsi, xidmətin ödəniş sistemlərinə texniki olaraq inteqrasiyasının təhlili və xidmətlərin daha effektiv olması üçün təkliflərin verilməsi
  • Aidiyyatı struktur vahidləri ilə birgə ödəniş sistemlərində xidmətlərin funksionallığını yoxlamasında və baş verən nasazlıqlarda həll yollarının tapılmasında iştirak etmək
  • Şirkətin fəaliyyətini nəzərə almaqla müxtəlif istiqamətlərdə təhlillərin aparılması və həllərin təklif edilməsi
  • SDLC – Proqram təminatının həyat dövrü sahəsində baza biliklərinin olması
  • Ödəniş sistemlərində yer alan xidmətlər üçün nəzərdə tutulan əlavə və dəyişikliklərin layihə çərçivəsində icra olunmasına dəstək göstərmək
  • Müxtəlif təşkilatlar tərəfindən təqdim olunmş ödəniş Web Servislərin işinin düzgünlüyünü yoxlamaq
  • Şirkətin portfoliosunda yer alan daxili layihələrin reallaşdırılmasında tələblərin toplanması və tərtib edilməsi
  • QA Testinq üçün anlaşıqlı və icra edilə bilən (actionable) test keyslərin hazırlanmasında iştirak etmək
  • QA Testinqin nəticələrinin yoxlanması və müvafiq rəyin bildirilmək

İş təcrübəsi:

  • Müvafiq sahədə (Ödəniş sistemləri, PT inteqrasiyalar) ən azı 1 il iş təcrübəsi
  • Task menecement (Git, Redmine, Jira, və s.) üzrə iş təcrübəsinin olması
  • Proqram təminatının reallaşması üzrə layihələrdə (AGILE Software, UML və BPMN) iş təcrübəsinin olması
  • Web Servislərlə (GET, POST, SOAP, REST, Swagger, Postman və s.) təcrübə və biliklərin olması
  • Məlumat mübadiləsi (Excel, Visio, PowerPoint, JSON, XML, və s.) üçün təcrübə və biliklərin olması
  • Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə
  • Proqramlaşdırma alqoritmini və texnologiyaları haqqında bilik və təcrübəsinin olmasına üstünlük verilir.

Şəxsi keyfiyyyətləri:

  • Komanda şəklində işləmə bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və işgüzar
  • Korporativ ünsiyyət bacarıqları.

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT Biznes Analitik” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı