Qısa məzmun
Veysəloğlu Şirkətlər Qrupu İT Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təhkim edilmiş layihələr və sistemlər üzrə biznes prosesləri müəyyən etmək, tələbləri formalaşdırmaq və təhlilləri həyata keçirmək, eyni zamanda layihə və sistemlərin “SWOT” təhlilini aparmaq və nəticələrinə dair təkliflər hazırlamaq;
- Funksional testləri yerinə yetirmək və istifadəçilərin qəbul test sınaqlarında (UAT) iştirak etmək;
- Yeni yaradılmış funksionallığın təlim sənədlərini hazırlamaq və təlimləri həyata keçirmək, təhlil edilmiş layihələrin iş axınlarını hazırlamaq;
- Biznes bölmələri ilə proqramçı heyətin işini koordinasiya etmək, biznes və texniki tələblərin kommunikasiyasını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- İnformasiya və əməliyyat sistemləri, proqram təminatları, şəbəkə və serverlər üzrə ümumi anlayışlar;
- Proqram təminatının layihələndirmə prosesi və alqoritmlər üzrə biliklər;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Azərbaycan və ingilis dili bilikləri;
- Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ İT Biznes Analitik” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Middle DevOps Engineer
Job Summary: As a DevOps Engineer, you will be responsible for designing, implementing, and maintaining our infrastructure and CI/CD pipelines. You will collaborate with ...
600 — 800 ₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...