İT Billing üzrə Böyük Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İT Billing üzrə Böyük Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

Şirkət: Azerconnect
İdarə: İnformasiya Texnologiyaları
İş qrafiki: Standart
Son müraciət tarixi: 23.02.2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Gəlir itkisi və müştəri narazılığına səbəb ola biləcək əməliyyatlarla əlaqədar problemləri həll etmək və müvafiq sistemlər üzərindən (SMSGW, SMSC, USSDGW, DTMS, NGBSS, Mediasiya, Təminat və s.) araşdırmalar aparmaq;
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Məhsul yaradılması yanaşmasını optimallaşdırmaq;
  • Problemləri təyin etmək və vaxtında həll yollarını təklif etmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
  • 3GPP standartları üzrə iş təcrübəsi;
  • İN və Billing platformalarına əsasən əlavə dəyər xidmətlərinin yaradılması üzrə təcrübə;
  • IN, Hesablama və Xidmət Çatdırılma platformalarının idarə edilməsi və konfiqurasiyası üzrə bilik və təcrübə.

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • BSS arxitekturanı bilmək;
  • Linux və SQL üzrə bilik;
  • Verilənlər bazasının arxitekturasını anlamaq;
  • Proqramlaşdırma üzrə biliklər arzuolunandır;
  • BSS, mobil və kompüter şəbəkələrində istifadə olunan protokollar haqqında biliklərə üstünlük verilir (SIGTRAN, MAP, TCP / IP protokol ailəsi, Camel, xml, DCC və s.);
  • Azərbaycan (Səlis), İngilis(orta) və Rus (orta) dillərini bilmək.

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “İT Billing üzrə Böyük Mühəndis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı