İT üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Baku Boulevard Hotel, Autograph Collection İT üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şöbə: İnformasiya texnologiyaları
Vəzifə: İT üzrə aparıcı mütəxəssis
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 06.03.2020

İşin təsviri:

  • Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
  • Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
  • Mehmanxananın səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq, o cümlədən, amma bununla məhdudlaşmayan:
  • Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası.
  • Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri;
  • Ön şöbələrin Debitorlar üzrə Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi;
  • Arxa şöbələrin Uçot və Hesabat Sistemləri;
  • Personal Kompüter və Yerli Şəbəkə üzərində qurulmuş Ofis Avtomatikləşdirmə məhsulları;
  • Daxili və Xarici Elektron Poçt və kommunkasiya servis proqramları;
  • ATS sistemləri;
  • Elektron Qapı Kilidləmə Kompüter Sistemi;
  • Kompüterin virusdan qorunması;
  • Mehmanxana İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sistemi.
  • Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə
  • Bütün kompüter avadanlığı siyahısının yeniləşdirilməsi
  • Proqram təminatı problemlərinin araşdırılması və təchizatçı şirkətə, və yaxud Regional, Ərazi və yaxud Korporativ Ofisə məlumat verilməsi
  • Sənədlərin yaradılması, mehmanxana kompüter sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
  • İHG-nin texniki tələblərinə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi
  • Xüsusi layihənin/Rəhbərliyin təyin etdiyi digər vəzifələrin yerinə yetirilməsi

Namizədə olan tələblər

  • • Ali təhsil;
    • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
    • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
    • Iscala, POS (Micros), PMS sistemləri;
    • Danışıqların aparılması bacarığı;
    • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
    • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
    İşgüzar və məsuliyyətli.

İş şərtləri

  • iş rejimi – həftədə 5 günlükdür
  • iş saatları – 09.00-18.00
  • 1 saatlıq nahar fasiləsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İT üzrə aparıcı mütəxəssis” qeyd edərək CV-lərini boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına 06 mart 2020-ci ilə dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı