Daxili Audit departamentinə IT auditor / baş və aparıcı IT auditor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Daxili Audit departamentinə baş IT auditor / aparıcı IT auditor / IT auditor vəzifələrinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Bizim üçün ideal namizəd:

  • İnformasiya Texnologiyaları və ya digər müvafiq istiqamət üzrə ali təhsili olan;
  • İT auditor və ya İT risklərin idarə edilməsi üzrə ən azı 1-3 il iş təcrübəsi olan;
  • Güclü kommunikativ bacarıqlara sahib olan;
  • Problem həll etmə bacarığı olan;
  • Analitik düşüncə tərzi olan;
  • Son 6 ay ərzində intizam tənbehi (yazılı xəbərarlıq və töhməti) olmayan şəxsdir.

QEYD: SQL, Oracle, İnfrastruktur (Aparat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.), yedəkləmə və virtuallaşma üzrə praktiki və dərin biliklərə sahib olan və ya Unix və Linux PT-ı üzrə nəzəri biliklərə sahib olan namizədlərə üstünlük veriləcəkdir

Görəcəyiniz işlər:

  • İT üzrə risk-əsaslı audit planının hazırlanması və ya hazırlanması üçün təkliflərin verilməsi;
  • Audit hesabatlarının hazırlanması;
  • İT sahəsi üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi;
  • İT Risk yönümlü audit proqramlarının tərtib edilməsi;
  • Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə (normativ akt), prosedur və qaydalara uyğunluğunun təmin olunması;
  • Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin qəbul edilmiş beynəlxalq İT standartlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IT auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
Daxili audit işinin spesifikliyini nəzərə alaraq müraciət edərkən müvafiq link (https://mbti.az/#home) üzrə testdən keçməyiniz və test nəticələrini məktuba əlavə etməyiniz arzuolunandır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı