Qısa məzmun
Bank of Baku İşə Qəbul üzrə ekspert/ aparıcı ekspert /baş ekspert vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Təhsil: Ali iqtisadi və ya İnsan Resursları üzrə təhsil;
- Təcrübə: Müvafiq sahədə minumum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı;
- Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli,
- Peşəkar ünsiyyət qurma bacarıqlarına malik olmalı;
- Güclü təşkilati bacarıqlara malik olmalı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
- Yüksək cəlb etmə bacarığı
- Təzyiq altında çalışmaq bacarığı
- Rəhbərliyə görülən işin hesabatın hazırlanması
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- İşçilərin işə qəbul və yerləşdirmə prosesində iştirak etmək;
- Aktiv vakansiyalar üzrə namizədlərin axtarışı;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi.
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində İşə Qəbul üzrə ekspert/ aparıcı ekspert / baş ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.