Qısa məzmun
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Kristal Abşeron şirkəti İstehsalat üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
- İstehsalat üzrə mühasib kimi minimum 2-3 il təcrübə;
- Azərbaycan dilini mükəmməl;
- ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri Xırdalan şəhərində yerləşir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə Mühasib” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...