İstehsalat Üzrə Məsləhətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Fish Farm şirkəti İstehsalat Üzrə Məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Balıqşünaslıq, İxtiologiya, Biologiya, Biokimya və ya buna uyğun sahələr üzrə ali təhsil mütləqdir;
  • Minimum 1 il iş təcrübəsi;
  • Mükəmməl Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
  • Qida sənayesində təcrübə;
  • Balıq istehsalına aid yüksək biliklərə malik olmalı, qida sənayesində qəbul olunan sanitar və gigiyenik normaları bilmək;
  • Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;
  • Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət.

Vəzifə üzrə öhdəliklər:

  • AFF-ə aid balıqçılıq təsərrüfatlarında balıqartırma və balıqyetişdirmə üzrə işlərin təşkilində iştirak edir;
  • Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;
  • Balıqların təsərrüfatlar arasında yerdəyişdirmə proseslərinə nəzarət edir;
  • Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Təsərrüfatların idarə edilməsi ilə bağlı iş proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Bioloji əsaslandırılmaya uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsində iştirak edir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə məsləhətçi” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan