Qısa məzmun
Çinarlı-2020 MMC İstehsalat sahəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Sexin istehsalat-təsərrüfat işinə rəhbərliyi həyata keçirir.
- Məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını,
- Əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir. İstehsalın təşkilinin təkmilləşdirilməsi
- Yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi
- Əməyin qabaqcıl üsul və metodlarının ümumiləşdirilib yayılması,tətbiq edilməsini
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin edir
- Fəhlə və qulluqçu kadrların seçilməsi, yerləşdirilməsi və məqsədəuyğun istifadə edilməsini təmin edir
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir
İş şəraiti:
- İş yeri: Sumqayıt
- Əmək məzuniyyəti qanunvericiliyə uyğun olaraq verilir
- Nahar müəssisə tərəfindən təmin olunur
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə-
- İş vaxtı I-V günlər saat 09:00-18:00-a dək
Namizədə tələblər:
- Ali təhsilli, 30-45 yaşlarında kişi namizəd
- Kimya-texnologiya və istehsalat sahəsində ən azı 10 il iş stajı
- Güclü idarəetmə qabiliyyəti
- Ünsiyyətə girə bilmək bacarığına malik
- Məsuliyyətli olmaq və öhdəliklərin vaxtında yerinə yetirilməsi
- Kimya sahəsi üzrə mütəxəssis olmalı
- Polietilen istehsalı sahəsində yaxın bir sahədə təcrübəsi olan
- Vakansiya polietilen torbaların istehsalı sahəsi üçün tələb edilir
- Sex avadanlıqlarının texniki xarakteristikasını, quruluş xüsusiyyətlərini, istismar göstəricilərini və onun texniki istismar qaydalarını; texniki-iqtisadi və istehsal planlaşdırılmasının qayda və metodlarını
Uyğun namizədlər CV-lərini hr@cinarli.az elektron ünvanına göndərə bilərlər.