Qısa məzmun
BSC Consulting & Outsourcing Company İstehsalat rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Mühəndislik üzrə Ali Təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il təcrübə
- Dil biliyi: azərbaycan, rus dili arzuolunandır
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri
- İstehsalatın təşkilini və texnologiyasını
- Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını bilməlidir.
İş barədə məlumat:
- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir
- Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir
- İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır
- Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etməlidir
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir
- Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir
- Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır
- Təfərrüatlara diqqətli olmalıdı
- İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir
- İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır
- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Əmək haqqı: 1200-1500
- Nahar şirkət tərəfindən verilir
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
bölməsində vakansiyanın adını qeyd etmək mütləqdirVakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İstehsalat rəisi” qeyd etməklə göndərmələri xahiş olunur.