Qısa məzmun
Elmanado MMC İstehsalat Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. İstehsalatın təşkilini və texnologiyasını bilməlidir.
İş barədə məlumat :
- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil edilməsi
- İstehsalat sahəsində məhsulun keyfiyyətli və müəyyən olunmuş gündəlik normaya uyğun miqdarda istehsal olunmasına nəzarət
- İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması
- İşçilərin iş ləvazimatlarından səmərəli, məqsədəuyğun istifadə olunmasını həyata keçirmək
- İşçilərə iş prosesi zamanı rəhbərlik edilməsi və lazımi məlumatların rəhbərliyə ötürülməsi
- İstehsal fəaliyyəti üzrə hesabatların vaxtında tərtib və təqdim olunması
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını
- İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edib, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının təşkil edilməsi
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
- İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
- Nahar şirkət tərəfindən verilir
- İş qrafiki həftəlik 6 gün: 08:00-dən 18:00-dək
- Maaş 1000-1500 azn ( maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )
Tələblər:
- Təhsil – Ali (Mexanika, avtomatika və energetika mühəndisliyi)
- İş təcrübəsi: 3-7 il ( Tekstil sahəsində işləyənlərə üstünlük veriləcək )
- İstehsalatın təşkilini və texnologiyasını bilməli
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməli-
- Xammal məsrəf normalarını bilməli
- Məhsulun qiymətlərinin yaranması texnologiyasını bilməli
- Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV lərinizi hr@elmanado.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz və ya 070 728 90 90 mob. telefon nömrəsinə zəng edə bilərsiz.