Istehsalat mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alco MMC Istehsalat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Əlaqədar ixtisas üzrə Ali təhsil (Bakı Ali Neft Məktəbi və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil arzuolunandır);
  • Əlaqədar sahədə yüksək biliklərə sahib olmalıdır;
  • Azərbaycan, İngilis dili və Rus dillərini bilməlidir;
  • Texnoloji proseslərə aid metodiki və normativ materiallar üzrə biliklərə malik olmalıdır;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.

Vəzifə funksiyaları:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsini; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • İstehsal ediləcək məhsulların normalarının işlənib hazırlanması və avtomatlaşdırılmış istehsal prosesinin təşkil edilməsi;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsində, avadanlıqların sınaqdan keçirilməsində, bina və qurğuların yenidən qurulmasında iştirak etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin edilməsi;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri həll etmək.
  • İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu
  • Maaş: 1000 AZN
  • CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur.
  • Tel: 0125056810
  • Tel: 0125056811

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı