Qısa məzmun
Alco MMC Istehsalat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Əlaqədar ixtisas üzrə Ali təhsil (Bakı Ali Neft Məktəbi və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil arzuolunandır);
- Əlaqədar sahədə yüksək biliklərə sahib olmalıdır;
- Azərbaycan, İngilis dili və Rus dillərini bilməlidir;
- Texnoloji proseslərə aid metodiki və normativ materiallar üzrə biliklərə malik olmalıdır;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.
Vəzifə funksiyaları:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsini; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- İstehsal ediləcək məhsulların normalarının işlənib hazırlanması və avtomatlaşdırılmış istehsal prosesinin təşkil edilməsi;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsində, avadanlıqların sınaqdan keçirilməsində, bina və qurğuların yenidən qurulmasında iştirak etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin edilməsi;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək;
- Vəzifəsindən irəli gələn digər işləri həll etmək.
- İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu
- Maaş: 1000 AZN
- CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur.
- Tel: 0125056810
- Tel: 0125056811
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
2000 — 2500 ₼
Qida sahəsi üzrə mexanikCamal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Qida sahəsi üzrə mexanik
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Layihəçi mühəndis"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...