Qısa məzmun
Ecobox Collection and Recycling İstehsalat müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
- Stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə).
- İllik büdcələrin hazırlanmasında iştirak etmək.
- İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
- Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.
- İstehsalatda istifadə olunan bütün avadanlıqların təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək.
- Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək.
- Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək.
- Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
- İş rejimi: 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: 2000 – 2500 manat (NET)
- Ünvan- Bakı şəhəri
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsində);
- Minimum 3-5 il iş təcrübəsi (Plastik şüşələrin və alüminium qutuların yığımı və təkrar emalı sahəsində)
- Dil biliyi: Azərbaycan. Rus dili biliyi yaxşı səviyyədə.
- Microsoft Office yaxşı səviyyədə
- Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bacarığı.
- Yüksək idarəetmə bacarığı.
- İş planlama və təşkilatçılıq bacarığı;
- Yaş: 30-50
Maraqlananlar CV-lərini hr@ecobox.az elektron ünvanına 01.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “ İstehsalat müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.