Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Fish Farm İstehsalat üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Balıqşünaslıq, İxtiologiya və buna uyğun sahələr üzrə ali təhsil mütləqdir;
- 2 il bu sahədə iş təcrübəsi;
- Mükəmməl Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır;
- Qida sənayesində təcrübə;
- Balıq istehsalına aid yüksək biliklərə malik olmalı, qida sənayesində qəbul olunan sanitar və gigiyenik normaları bilmək;
- Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;
- Təşkilatçılıq qabiliyyəti, nəticəyə yönəlik fəaliyyət.
Vəzifə üzrə öhdəliklər:
- AFF-ə aid balıqçılıq təsərrüfatlarında balıqartırma və balıqyetişdirmə üzrə işlərin təşkilində iştirak edir;
- Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;
- Balıqların yemlənməsi və yem rasionun hazırlanması üzrə məsləhətlər verir;
- Balıqların təsərrüfatlar arasında yerləşdirilmə proseslərinə nəzarət edir;
- Bütün balıqçılıq təsərrüfatlarına texniki və peşəkar məsləhətləri ilə dəstək verir;
- Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Törədici balıqların təbii şəraitdən ovlanıb AFF-ə aid balıqçılıq təsərrüfatlarında yetişdirilməsinə nəzarət edir və bu məsələ ilı bağlı balıqşünaslara məsləhətlər verir;
- Balıqçılıq infrastrukturunun yaxşılaşdırılması üçün uyğun strategiyaları təklif edir;
- Peşəkar balıqçılıq üzrə təsərrüfatlarda çalışan işçilərə nəzəri və praktik təlimlər verir;
- Balıqçılıq Təsərrüfatlarının rəhbərliyinə və işçilərinə texniki tövsiyələr vermək;
- Təsərrüfatların idarə edilməsi ilə bağlı iş proqramlarının hazırlanmasında və həyata keçirilməsində köməklik etmək;
- Bioloji əsaslandırılmaya uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsinə köməklik etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə məsləhətçi” mövzusu ilə hr@azfish.az ünvanına göndərməyiniz xahiş olunur.