İstehsal üzrə operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand-Agro LLC İstehsal üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin strategiyasında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – İstehsal üzrə Operator

Vəzifə öhdəlikləri:

  • Zeytun meyvəsinin qəbuluna və bunkerə yerləşdirilməsinə nəzarət etmək
  • İstehsala başladığı andan etibarən müntəzəm məhsulun istehsal prosesinə nəzarət etmək
  • İstehsal davam edən xətdəki maşın (ZEZ, Malaksir, Dekanter, Seperator, filtirləmə) və köməkçi avadanlıqların işləməsini izləmək
  • İstehsal olunan məhsulların dad və qoxusunu, orqanoleptik xüsusiyyətlərini davamlı olaraq nəzarətdə saxlamaq
  • Hazır məhsuldan analiz vermək, uyğun nəticədən sonra məhsulu təyin edilmiş tanklara göndərmək
  • Zeytun meyvəsindən ayrılan küspesi və suyunun uyğun yerə atılmasına nəzarət etmək
  • İstehsal xəttindəki maşınlarında sadə mexaniki nizamlamalar işlərini etməli
  • İstehsal prosesinin lazımı məlumatlarını uygun formlara işləmək
  • İstehsal xəttində çalışan işçilərin iş prosesinə davamlı nəzarət etmək, maşın və avadanlıqların təyin edilmiş məhsuldarlıqda çalışmasını nəzarətdə saxlamaq
  • İşlədiyi sahənin, istifadə etdiyi avadanlıqların və istehsal xəttinin təmiz tutulmasını təmin etmək
  • Aparata və köməkçi avadanlıqlara gələn hava, buxar təzyiqini davamlı olaraq yoxlamaq
  • İstehsal xəttində uyğunsuzluga yol verməmək, uyğunsuzluq baş verdiyi zaman lazımı şəxslərə məlumat vermək və istehsal xəttini saxlamaq
  • Dolmuş və dolmaqda olan tankları azot qazı altında saxlamaq
  • Sahə rəisinin və İstehsalat mühəndisinin verdiyi tapşırıqları vaxtında, düzgün və səliqəli şəkildə yerinə yetirmək

Tələblər:

  • Peşə məktəbi və ya Orta ixtisas təhsili (Qida istehsalatı)
  • Avtomatik, elektron və mexaniki cihazların xüsusiyyətlərini və iş prinsplərini barədə biliklər
  • İstehsalın texnoloji, keyfiyyət ve istehsal qəbul-imtina qaydalarını barədə biliklər
  • Azərbaycan Dili – ana dili
  • Komanda şəklində işləmə bacarığı
  • Microsoft Ofiice proqramları (orta səviyyədə)

İş şəraiti:

  • İş yeri – Türkan əməliyyat ofisi
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir.
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/596-istehsal+uzre+operator

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan