İstehsal sahəsi üzrə maliyyəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Akabe İnşaat İstehsal sahəsi üzrə maliyyəçi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Xərc smetalarının icrası, görülmüş işlərin və xidmətlərin uçotunun aparılması;
  • Mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
  • Daxili təsərrüfat ehtiyatlarına nəzarət. İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi.
  • ERP İstehsalat proqramında işləmə bacarığı;
  • Hazır məhsulun maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
  • Faktiki istehsal olunmuş hazır məhsulun maya dəyərinin smetada nəzərdə tutulmuş maya dəyəri ilə müqayisə olunması;
  • İstehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
  • İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi
  • Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
  • Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
  • Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
  • Məxfilik prinsiplərini pozmamaq.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
  • İstehsal sahəsində 5 illik iş təcrübəsi olmalı;
  • Mühasibat uçotu üzrə mükəmməl biliklərə sahib olmalı;
  • MS Excel üzrə biliklərə sahib olmalı;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: müsahibə əsasında təyin olunur.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İstehsal sahəsi üzrə Maliyyəçi” qeyd edərək email ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə