İstehsal Rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Elmanado MMC İstehsal Rəisi vəzifəsi üzrə vakansiya elan edir. Kişi namizədi olması arzuolunandır.

”Elmanado” MMC İstehsal Rəisi Vakansiyasını elan edir.

Vəzifə Öhdəlikləri:

  • İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
  • Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir.
  • İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır.
  • Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.
  • Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etməlidir.
  • İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir.
  • Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir.
  • Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır.
  • Təfərrüatlara diqqətli olmalıdır.Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəisi bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir.
  • İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir.
  • İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır.

Namizədə Tələblər:

  • Mühəndislik üzrə Ali Təhsil;
  • Müvafiq sahə üzrə ən azı 5 il təcrübə;
  • Yaş həddi 30 – 45 arası
  • Kişi namizədi olması arzuolunandır

İş şərtləri:

  • İş vaxtı: Həftədə 6 iş günü (08:00 – 18:00)
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat dairəsinin yaxınlığı
  • Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Əlaqə Nömrəsi: +994 70 728 90 90

Qeyd:
İşin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
CV və Portfoliolarınızı “İstehsalat Rəisi” başlığı ilə abdullazadehummet@gmail.com   ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı