İstehsal Planlaması üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora İstehsal Planlaması üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Nahar şirkət tərəfindən təmin olunur.

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə – Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “İstehsal Planlaması üzrə Mütəxəssis”

İşin qısa təsviri :

İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi, xammal və material hissələrinin təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşdırmaq, Hazır məhsul, xammmal və material qalıqlarının yetərli olmasına nəzarət etmək, İstehsal vəziyyətinin , xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək

Sizin əsas vəzifə öhdəlikləriniz :

  • İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatları yeniləmək;
  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirmək və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsini təmin etmək;
  • Xammal və material hissələrinin təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək;
  • Hazır məhsul, xammmal və material qalıqlarının yetərli olmasına nəzarət etmək;
  • İstehsal vəziyyətinin , xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək;
  • Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatları hazırlayıb təqdim etmək;

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

  • Qida istehsalı sahəsində məlumatlı olmalı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalıdır;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

  • Təhsil : Ali təhsil (İstehsalat mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
  • İş təcrübəsi Minimum 1-3 il planlama üzrə təcrübə;
  • Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə);
  • Kompüter bilikləri : Microsoft Office və LOGO Enterprise.

Bizim iş şərtləri :

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00;
  • İş yeri : Hökməli qəs;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ İstehsal planlaması üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı