Qısa məzmun
Azersun Holding İstehsal planlaması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Minimum 1 illik planlama üzrə təcrübəsi olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə malik olmalı;
- İstehsal büdcəsinin nəzarət edilməsini və qarşılaşdırma qaydasını bilməli.
İş haqqında məlumat:
- İstehsal büdcəsinin reallaşması haqqında çeşidlərə görə qarşılaşdırma hesabatının hazırlanaraq təqdim edilməsi;
- İstehsal büdcəsinə əsasən köməkçi materiallarının aylıq/illik sərf büdcəsinin hazırlanması və hesabat verilməsi;
- Köməkçi materialların aylıq/illik istehsala sərf və itki miqdarları haqqında hesabatların hazırlanması və analiz edilməsi;
- Qəbul olunmuş istehsal proqramına əsasən mövcud texnoloji şərtlərin tələblərini diqqətə alaraq hər bir sahə üzrə günlük növbələrə görə istehsalın planlaşdırılması.
İş şərtləri:
- İş qrafiki: həftə içi 5 gün
- Nahar və Servis şirkət tərəfindən təmin edilir.
İş yeri: Xırdalan Karton Fabriki
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsal planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...