İstehsal avadanlıqları üzrə mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Green Tech İstehsal avadanlıqları üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Yeni avadanlıqların qəbulu və quraşdırılması, mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi;
  • Problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə istehsalat ilə vaxtaşırı əməkdaşlıq etmək;
  • İstehsalatın maşın avadanlıq sahəsində texniki hazırlığını periodik olaraq təmin etmək;
  • Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
  • Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
  • Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
  • Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədi ilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəbini analiz etmək;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial riskələrin, istismar standartlarından kənarlaşma hallarının müəyyən ediməsi, aradan qaldırılması və qeydiyyata alınmasını təmin etmək;
  • Mexanizmlərin təmirdən sonra sazlığını test etmək;

Tələblər:

  • Sahə üzrə Ali təhsil;
  • Sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, İnglis-dili arzu ediləndir;
  • Problemə çevik yanaşma;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları.

İş barədə məlumat:

  • İş qrafiki: 08:00-18:00 ( beş günlük iş həftəsi);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • İşə gəliş-gediş şirkət tərəfindən təmin edilir;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstehsal avadanlıqları üzrə mexanik” şəklində göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı