İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Şikayətlərin qeydiyyatı və cavablandırılması;
  • Şikayət edən müştərilər ilə görüşlərin təyin edilməsi və aidiyyəti üzrə araşdırılması;
  • Şikayət yaradan məsələlərin təhlil edilməsi, aradan qaldırılması məqsədilə təkliflərin verilməsi və rəhbərliklə razılaşdırılması;
  • Şikayətlərin analizi üçün müvafiq sifarişlərin verilməsi və struktur bölmələri ilə layihələrin yekunlaşdırılmasına dair işlərin görülməsi;
  • Müştəri məmnuniyyəti üçün xüsusi yanaşma tələb edən şikayətlərin müvafiq komitələrdə müzakirəsi, memorandumların hazırlanması;
  • Şikayətlərin qeydiyyatı və analitika üzrə sistemin optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Yazılı müraciətlər üzrə mübahisələndirilməyən cavab şablonlarının hazırlanması;
  • Yeni şikayət kanallarının idarə olunan formatda mərhələləli açılmasının təhlil və təmin  olunması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi olan;
  • MS Office (əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  olan şəxsdir.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı