Qısa məzmun
TuranBank ASC azar risklərinin idarə edilməsi şöbəsində Rəhbər/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şəhər: Bakı,Ağcabədi, Göyçay, Qazax,Tovuz,Ağstafa,Zaqatala,Sumqayıt,Xırdalan, Xaçmaz.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsi üzrə);
- MS office (World,Excel) proqramları ilə işləmək bacarığı
- Yaş həddi: 21-25
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır);
- Yaradıcı və analitik düşüncə tərzi, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyətli,dəqiq və intizamlı iş yanaşması
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Vəzifə öhdəlikləri:
- Qoyulmuş hədəflərin icrası;
- Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
- Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
- Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin və müştərinin maliyyə vəziyyətinin aparılmasında iştirak edilməsi
- Müsbət qərar verilmiş kredit müraciətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi
- Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
- Komanda ilə işləmək bacarığı;
Bu iş sizə nə qazandıracaq:
- Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Satış həcminə uyğun əmək haqqına əlavə bonus;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “İstehlak kreditləri” yazmağı unutmayın.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...