Qısa məzmun
Bank “BTB” ASC Pərakəndə bankçılıq departamenti, İstehlak kreditləri şöbəsi üzrə Aparıcı/Baş mütəxəssis/Bölmə rəhbəri vəzifəsinə işə qəbul elan edir.
- 2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki Şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
- Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
- Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
- İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
- Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
- Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
- Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Istehlak kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi
- Ünsiyyət qurma bacarığı;
- Təqdimetmə və satış bacarığı;
- Planlaşma və təşkiletmə bacarığı;
- Monitorinq və nəzarət etmə bacarığı.
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İstehlak kreditləri üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri) göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...