İstehlak kreditləri üzrə mütəxəssis
vakansiya — 2023

Şirkətlər üçün:

Elan sifarişi:
Reklam sifarişi:

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Bank Respublika İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əlverişli iş mühitində çalışmaq imkanı olacaq

Bank Respublika ASC Bakı şəhərində yerləşən filialları üçün “İstehlak kreditləri üzrə mütəxəssis” vakansiyaları elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışını təmin etmək;
  • Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə 1 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı)
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstehlak kreditləri üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Aqrarkredit Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Aqrarkredit

28.03.2023 - Bakı

Ödəniş Kartları İdarəsinin Kart əməliyyatları şöbəsinin mütəxəssisi

Xalq Bank Ödəniş Kartları İdarəsinin Kart əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

28.03.2023 - Bakı

Baş Mühasib

Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

ELMANADO MMC

27.03.2023 - Bakı

Audit

Elmanado şirkəti Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

ELMANADO MMC

27.03.2023 - Bakı

Daxili audit üzrə mütəxəssis

Kontakt Home Daxili audit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

27.03.2023 - Bakı

800 — 1000 ₼
Maliyyə hesabatları üzrə mütəxəssis

Sabah Group LLC Maliyyə hesabatları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

27.03.2023 - Bakı

Maliyyə meneceri

AzRose MMC Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzRose MMC

17.03.2023 - Bakı

1000 — 15500 ₼
Kredit üzrə mütəxəssis

Para Bokt Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Para BOKT

17.03.2023 - Bakı

Məhsul Sahibi

PASHA Bank Məhsul Sahibi vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

16.03.2023 - Bakı

Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

Home Finance BOKT Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Home Finance BOKT

15.03.2023 - Bakı

1500 — 2000 ₼
Baş Mühasib

Bank Olmayan Kredit Təşkilatı Baş Mühasib vəzifəsinə işçi axtarışı elan edir. ...

Kredit təşkilatı

15.03.2023 - Bakı

Biznes Satış üzrə mütəxəssis (Bakı və Sumqayıt filialı)

ExpressBank Biznes Satış üzrə mütəxəssis (Bakı və Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...

Express bank

14.03.2023 - Bakı, Qusar, Sumqayıt

10 AZN24 saat
CV sifariş et