Qısa məzmun
Ə/h 300-600 AZN. Ferrum Kapital İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Müştərilərin istehlak kredit məhsulları barədə məlumatlandırılması
- Kredit üzrə müraciətlərinin qəbulu və analizi
- Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 gün (10:00-dan 19:00-dək), 1 gün istirahət
- Əmək haqqı 300-600 azn
Namizədə tələblər:
- 21-29 yaş
- Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Analitik qabiliyyət və riyazi düşüncə
- Şəffaflıq, çevik qərar vermə, detallara qarşı diqqətlilik
- Microsoft Office proqramları bilikləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İstehlak kreditləri üzrə mütəxəssis” qeyd etməklə info@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...