İşəqəbul üzrə kiçik mütəxəssis/köməkçi/təcrübəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MSDIS Holding İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: İşəqəbul üzrə kiçik mütəxəssis/köməkçi/təcrübəçi

Vəzifə öhdəlikləri:

  • Açıq vakansiyaların təhlili, elanların yerləşdirilməsi;
  • Vakansiyalar üzrə namizədlərin axtarışına dəstək;
  • Gündəlik müsahibələrin təşkili;
  • İşəqəbul prosesinin təşkili, həyata keçirilməsi və məlumat bazasının hazırlanması;
  • Namizədlərin sənədləşmə və işəqəbulda kargüzarlıq prosesinin icrası;
  • Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
  • İnsan Resursları üzrə mütəxəssislə əlaqəli işləmək və onun tapşırıqlarını icra etmək;
  • İnsan Resursları komandasına əlavə işlərdə həvəslə dəstək olmaq.

Tələblər:

  • Yüksək həvəs
  • Yaş: 20-30
  • Ali təhsilli (təcrübəçi üçün tələblər – yeni məzun, bakalavr sonuncu kurs və ya magistr tələbəsi)
  • Azərbaycan dilini əla bilməli, Rus və İngilis dili arzuolunandır;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
  • Ünsiyyət qurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Asanlıqla mühitə adaptasiya ola bilən;
  • Detallara xüsusi diqqətlilik;
  • Stresə davamlı;
  • Full time (bütün gün çalışma imkanı olmalı)

İş şəraiti:

  • iş qrafiki: 5 gün 09:00–18:00
  • AR ƏM əsasən işə qəbul
  • iş yeri: baş ofis
  • əmək haqqı: müsahibə əsasında və müraciət etdiyiniz vəzifə əsasında təyin olunur
  • təcrübəçilərin nahar və yol xərcləri qarşılanır

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İşəqəbul üzrə kiçik mütəxəssis” və ya köməkçi/təcrübəçi qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı