İşə qəbul və təlim üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC İşə qəbul və təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

Tələblər:

  • İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil;
  • İşə qəbul və Təlim sahəsində minimum 3 il iş təcrübəsi;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Müsahibə və tədqiqatçılıq bacarıqları;
  • Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili bilikləri;
  • İrəli səviyyədə Microsoft Office bilikləri;

Vəzifə öhdəlikləri:

  • İşəqəbul strategiyasına və Şirkətin işəqəbul siyasətinə əsaslanan effektiv işə qəbulprossesini həyata keçirmək;
  • İşəqəbul proseslərini, prosedurlarını və digər müvafiq sənədlərini mütəmadi olaraq yeniləmək;
  • Tədqiqat aparmaq və yeni işəqəbul üzrə metodları təqdim etmək;
  • İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
  • Yeni işçilərin rəsmi qeydiyyata alınması üçün Kadrlar şöbəsi ilə sıx əməkdaşlıq etmək və sınaq müddətlərinin izləməsini və nəticələrinin hesabatlılığını hazırlamasını təmin etmək;
  • Namizədlərin dəyərləndirilməsi üçün ixtisas testləri, İQ, EQ, psixoloji və digər müvafiq testləri hazırlamaq və tətbiq etmək;
  • İşəqəbul olan işçilər üçün “Onboarding” təlimləri təşkil və təmin etmək; yeni əməkdaşların adaptasiya dövrünün izlənməsini təmin etmək;
  • Xarici vətəndaşların işəqəbul prossesini həyata keçirmək, miqrasiya işlərini təşkil etmək və sənədləşmə prossesinin sonacan izlənməsini və həyata keçirilməsini təmin etmək.
  • Təlim və inkişafla bağlı prosedurlar hazırlamaq və təşkil etmək;
  • Təlim ehtiyaclarını monitorinq etmək və müəyyənləşdirmək;
  • İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və tətbiq etmək;
  • Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
  • İllik təlim planlarını hazırlamaq və təlim büdcəsinin hazırlasnmasında iştirak etmək;
  • Müxtəlif növ təlimlərin, seminarların təşkili, biliklərin tədris olunmasında bilavasitə iştirak etmək;
  • Aparılan təlimlərin nəticələrini ölçmək və qiymətləndirmək;
  • Rəhbərlik təfərindən təyin olunmuş digər əlaqəli tapşırıqları yerinə yetirmək və daim hesabatlılığı təmin etmək.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə ” İşə qəbul və təlim üzrə mütəxəssis” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı

İnsan Resursları üzrə Mütəxəssis

Ə/h razılaşma yolu ilə. 189 Taxi İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

16.04.2024 - Bakı