İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Bəy namizədlərə üstünlük veriləcəkdir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İşə qəbul üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş

İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • HR strategiyalarının və prosedurların şirkət personalına təbliği və tam anlaşılmasının təmini (Struktur dəyişikliyi, hüquqi,
  • və sair);
  • İşçilərin karyerası haqqında suallarının cavablandırılması (Karyera yüksəlişi, şirkətin HR siyasəti, şikayətlər, ödənişlər);
  • Şirkətin təşkil etdiyi fəaliyyətlərin və pozitiv iş mühitinin təmin olunması üçün təşkil olunan mükafat və təltifatların dəstəklənməsi;
  • İşçilərin işə və iş şəraitinə münasibətlərinin və ya şirkətdə olan fərqliliklər haqqında anketlərin təşkil olunması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək və s.

Tələblər:

  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • Performansın idarəedilməsi sahəsində biliklər;
  • İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
  • MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
  • Bəy namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.
  • İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “İşə qəbul üzrə mütəxəssis”yazıb göndərməklə müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı