İşə qəbul üzrə mütəxəssis (Recruiter)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Pizza Mizza İşə qəbul üzrə mütəxəssis (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir. İdarəetmə və kommunikasiya bacarığı olmalıdır.

İŞ BARƏDƏ MƏLUMAT:

  • İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müvafiq müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsabiqə komissiyalarının formalaşdırılmasında iştirak etmək;
  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
  • Vakant ştat vahidləri üçün işçi axtarılması, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək;
  • Əmək bazarını araşdırmaq, işəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək;
  • Kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələrin formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək;
  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylərin alınması;
  • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.;
  • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
  • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər;

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Təhsil: Ali (bakalavr)
  • İş təcrübəsi: 3 – 5 il
  • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili – səlis, İngilis – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • İşi planlaşdırma və təşkil etmə bacarığı;
  • Liderlik bacarığı;
  • İdarəetmə və kommunikasiya bacarığı;
  • Vaxt idarəetmə bacarığı;
  • Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
  • Stressə davamlılıq bacarığı;
  • Müsahibə bacarığı;
  • Tədqiqatçılıq bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Yaş 23-35

Əlavə məlumat:

  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş saatı: həftənin I-VI günləri

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@pizzamizza.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı