İşə qəbul üzrə mütəxəssis (Recruiter)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Kontakt Home İşə qəbul üzrə mütəxəssis (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir. Stres altında işləmək bacarığı olmalıdır.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlərsiniz.

https://jobs.talhunt.az/kontakt/264-%c4%b0%c5%9f%c9%99+q%c9%99bul+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis

Vacancy: İşə qəbul üzrə mütəxəssis (Recruiter)

Vəzifə öhdəlikləri:

  • Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
  • Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı;
  • Gündəlik müsahibə cədvəlinin aparılması;
  • Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
  • Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
  • Müsahibə nəticələrinin database-nin aparılması;
  • İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
  • İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
  • Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resursları sahəsində iş təcrübəsi – 1 ildən artıq;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
  • Microsoft Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
  • İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

Şəxsi keyfiyyətlər:

  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
  • Stres altında işləmək bacarığı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Rəqabətqabiliyyətli əmək haqqı

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://jobs.talhunt.az/kontakt/264-%c4%b0%c5%9f%c9%99+q%c9%99bul+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı